“Neftçi” uduzdu, “Qarabağ”dan çətin qələbə

25-02-2021, 21:45           
“Neftçi” uduzdu, “Qarabağ”dan çətin qələbə
Azərbaycan Premyer Liqasında XVII turun oyunları başa çatıb.

Yenisabah.az xəbər verir ki, bütün görüşlər bu gün keçirilib.

Matçlardan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Üç görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb. “Sabah” isə öz meydanında “Keşlə” ilə heç-heçə edib.

"Qarabağ" "Neftçi"nin məğlubiyyətindən maksimum yararlanıb. Ağdam klubu "Səbail"i məğlub edərək liderlə xalları bərabərləşdirib.

"Qəbələ" isə öz meydanında "Sumqayıt"ı məğlub etməyi bacarıb.

Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XVII tur

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0

Qol: Ceyms Adeniyi, 50

Qəbələ şəhər stadionu



16:00. “Zirə” – “Neftçi” - 1:0

Qol: Davit Volkov, 67

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu



17:30. “Sabah” – “Keşlə” - 1:1

Qollar: Fofana Tiemoko, 90+1 - Şəhriyar Əliyev, 79

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev

“Bank Respublika Arena”



18:30. “Qarabağ” – “Səbail” - 1:0

Qol: Xayme Romero, 72

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov

“Azersun Arena”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru