Rostislav Baqdasarov 28 yaşında vəfat etdi

14-03-2021, 07:59           
Rostislav Baqdasarov 28 yaşında vəfat etdi
Ukrayna milli komandalarının və “Şaxtyor” klubunun sabiq futbolçusu Rostislav Baqdasarov vəfat edib.

Unikal.org xəbər verir ki, onun 28 yaşında ölümünə ürəyindəki problemlərin səbəb olduğu iddia edilir.

Rostislav 2017-ci ildə cəmi 24 yaşında məhz bu səbəbdən karyerasını başa vurub. Donetsk təmsilçisinin yetirməsi olan sabiq futbolçu sonradan “Kolos” və “Stal”da da çıxış edib.

Qeyd edək ki, Rostislav Ukraynanın U-16, U-17 və U-18 yığmalarının şərəfini qoruyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru