Afrikalı milyarder Futbol Konfederasiyasının prezidenti seçilib – FOTO

15-03-2021, 07:14           
Afrikalı milyarder Futbol Konfederasiyasının prezidenti seçilib – FOTO
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) himayəsi ilə keçirilən seçkilərdə Cənubi Afrikadan olan milyarder Patrise Motsepe Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, CAF-ın yeni rəhbəri bu vəzifəni ötən ilin noyabrında FIFA-nın vəzifəsindən kənarlaşdırdığı madaqaskarlı Əhməd Əhməddən təhvil alıb. Mavritaniya nümayəndəsi Əhməd Yəhya konfederasiyanın birinci vitse-prezidenti, seneqallı Auqistin Senyor isə vitse-prezidenti seçiliblər.

CAF-ın keçmiş prezidentinin yol verdiyi ciddi nöqsanlara diqqəti çəkən FIFA prezidenti Canni İnfantino bildirib ki, Afrika futbolunun geniş potensialı var və yeni rəhbərlik bu imkanlardan səmərəli istifadə etməlidir. O əlavə edib ki, Afrika Futbol Konfederasiyasında olan nöqsanları araşdırmaq üçün FIFA-nın baş katibi Fatma Samura altı aylıq müddətə Qahirəyə ezam edilib.

“Forbes” jurnalının versiyasına görə, Afrika futbolunun yeni rəhbəri Motsepenin 2,9 milyard dollar sərvəti var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru