PSJ futbolçularının evləri qarət edilib, ailələri girov götürülüb

15-03-2021, 08:17           
PSJ futbolçularının evləri qarət edilib, ailələri girov götürülüb
“Pari Sen-Jermen” (PSJ) futbolçuları Anxel Di Mariya və Markinyosun evləri Fransa çempionatının XXIX turunun "Nant"la matçı zamanı soyulub.

“Report” xəbər verir ki, bu barədə ESPN bildirib.

Məlumata görə, futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürülüblər. Matç zamanı “parislilər”in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.

Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailəsinə tam dəstəyini təklif edəcək.

Xatırladaq ki, PSJ və "Nant" arasında görüş Parisdəkı "Park-de-Prens" stadionunda keçirilib və 1:2 hesabı ilə başa çatıb. “Nant”ın heyətində Randal Kolo Muani və Mouzes Saymon fərqləniblər. “Parislilər”in yeganə qolunu Yulian Draksler vurub.

PSJ 29 matçda 60 xal yığaraq və Birinci Liqanın yarış cədvəlində 2-ci yer tutur. "Nant" 27 xalla 18-ci yerdə qərarlaşıb. Çempionata 63 xalla "Lill" liderlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru