Həbib UFC çempionuna “xeyir-dua” verdi

15-03-2021, 08:56           
Həbib UFC çempionuna “xeyir-dua” verdi
Həbib Nurməhəmmədovun UFC çempionu ilə söhbəti sosial şəbəkələrdə yayılıb.

Lenta.ru portalı bildirir ki, məşhur MMA döyüşçüsü yarımağır çəki dərəcəsində çempion kəmərini qorumağı bacaran polşalı həmkarı Yan Blaxoviçə yaxınlaşaraq onu təbrik edib və xoş sözlər söyləyib.

“Sən döyüş əzmin hesabına qalib gəldin”, - deyə Həbib qeyd edib. O, Y.Blaxoviçlə bir neçə dəfə qucaqlaşıb.

Qeyd edək ki, polşalı idmançı UFC 259 turnirində Yeni Zelandiya təmsilçisi İsrael Adesanye üzərində qələbə qazanıb. Döyüş 5 raund davam edib.
milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru