Çempionlar Liqasında 1/8 finala iki oyunla yekun vurulacaq

17-03-2021, 08:22           
Çempionlar Liqasında 1/8 finala iki oyunla yekun vurulacaq
Çempionlar Liqasında 1/8 finala iki oyunla yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report" xəbər verir ki, son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada baş tutacaq.

"Çelsi" İngiltərədə İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi oyuna itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Meyson Maunt və Jorjinyo cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcək. Zədəli futbolçulardan Tyaqo Silva və Temmi Abrahamın durumuna oyun vaxtı aydınlıq gələcək. İspaniya klubunda isə itki yoxdur.

Günün digər qarşılaşmasında "Bavariya" Almaniyada İtaliya "Latsio"su ilə qarşılaşacaq. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin 1/4 finala yüksələcəyini indidən demək olar. Meydan sahiblərində Duqlas Kosta və Korenten Tolisso zədəlidir. "Latsio"da isə Manuel Lazzari eyni səbəbdən matçı buraxa bilər.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

24:00. "Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya)

İlk oyun - 1:0

24:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya)

İlk oyun - 4:1

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru