Türkiyə kuboku: "Beşiktaş" 10 ildən sonra finala vəsiqə qazandı 17-03-2021, 09:13 Futbol üzrə Türkiyə kubokunda ilk finalçı məlum olub."Report"un məlumatına görə, yarımfinalda "Başakşehir"i 3:2 hesabı ilə məğlub edən "Beşiktaş" 10 ildən sonra həlledici oyuna vəsiqə qazanıb.Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran "qara qartallar" adını finala yazdırıb.Türkiyə kubokuYarımfinal"Beşiktaş" - "Başakşehir" - 3:2 (Əlavə vaxtda 1:0)Qollar: Vensen Abubakar, 17, Domaqoy Vida, 22, Kayl Larin, 102 - Deniz Türüç, 60, Juliano, 77Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda bu gün "Antalyaspor" "Alanyaspor"u qəbul edəcək. Facebook-da paylaş