Çempionlar Liqası tarixində ilk dəfə bir ölkədən 4 məşqçi 1/4 finala çıxıb

18-03-2021, 08:10           
Çempionlar Liqası tarixində ilk dəfə bir ölkədən 4 məşqçi 1/4 finala çıxıb
Çempionların Liqasında 1/8 final matçlarının nəticəsinə görə unikal statistik nailiyyət əldə edilib.

"Report" xəbər verir ki, liqa tarixində ilk dəfə bir ölkədən dörd hakim 1/4 finala çıxıb. Bunlar Edin Terziç ("Borussiya" Dortmund), Yurgen Klopp ("Liverpul"), Tomas Tuxel ("Çelsi") və Hans-Diter Flikdir ("Bavariya"). Onların hamısı alman mütəxəssisdir.

Həmçinin Çempionlar Liqasının 1/4 finalına "Pari Sen-Jermen", "Portu", "Mançester Siti" və "Real Madrid" komandaları yüksəlib.

Qeyd edək ki, 1/4 finalın və yarımfinalın püşkatma mərasimi martın 19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Yarışın hazırkı qalibi “Bavariya”dır. Komanda 2020-ci ilin final matçında PSJ üzərində 1:0 hesabı ilə qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru