Hacı Əliyev və Hacımurad Hacıyev Tokio Olimpiadasına vəsiqə qazandılar

18-03-2021, 23:17           
Hacı Əliyev və Hacımurad Hacıyev Tokio Olimpiadasına vəsiqə qazandılar
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

Virtualaz.org bildirir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.

3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.

57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.

Bu dəqiqələrdə məlum olub ki, Hacımurad Hacıyev (74 kq) də Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Yarımfinalda o, 7:0 hesabı ilə Rumıniya idmançısı Maksim Vasiloğlunu məğlub edib.

Beləliklə, yığmamızın Tokio-2020-yə lisenziya sayı 17-yə çatıb.

Xatırladaq ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru