Avropa Liqası: 1/4 finalın üç iştirakçısı bəlli oldu

19-03-2021, 06:11           
Avropa Liqası:
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk 3 iştirakçısı bəlli olub. "Report"un məlumatına görə, İngiltərənin "Arsenal", "Tottenhem", İspaniyanın "Qranada" və İtaliyanın "Roma" klubları növbəti raunda adlayıblar.

London təmsilçisi Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırıb. Romalılar evdə olduğu kimi, Ukraynada da Donetsk "Şaxtyor"unu məğlub edib. "Qranada" isə ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Norveç "Molde"sinə səfərdə uduzsa da, iki görüşün nəticəsinə əsasən, 1/4 finala çıxıb.

Bu qarşılaşmalarla eyni saatda başlayan "Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə) matçının əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. İlk oyunda İngiltərə təmsilçisi eyni hesabla qalib gəldiyindən, görüşdə əlavə vaxt oynanılacaq.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

21:55. "Molde" (Norveç) - "Qranada" (İspaniya) - 2:1

Qollar: Xesus Valyexo, 29 (avtoqol), Eyrik Hestad, 90 (penalti) - Roberto Soldado, 72

İlk oyun - 0:2

21:55. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 0:1

Qol: Yusuf El-Arabi, 51

İlk oyun - 3:1

Qırmızı vərəqə: Husseynu Ba, 82 ("Olimpiakos")

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 1:2

Qol: Junior Moraes, 59 - Borxa Mayoral, 48; 72

İlk oyun - 0:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru