"Spartak"da türk-erməni savaşı böyüyür
1-05-2015, 21:16
"Spartak"ının erməni futbolçuları Yura Movsisyan və Araz Özbilis transferə çıxarılıblar.
Klub prezidenti Leonid Fedun 25 yaşlı Özbilis və 27 yaşlı Movsisyana yeni klub axtarmalarını tapşırıb. Klub bu futbolçuların transferi və icarəsi ilə bağlı bütün təkliflərə açıq olduğunu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl erməni futbolçu Araz Özbilis "Spartak"ın türk əsilli baş məşqçisi Murat Yakının onu erməni olduğu üçün əsas heyətdən kənarlaşdırdığını iddia etmişdi. Futbolçu 24 aprel "ermənilərin soyqırımı" günü əsas heyətdən uzaqlaşdırılmasını türk baş məşqçinin ermənilərə nifrəti ilə əsaslandırmışdı. Sonradan məsələ böyüdükdən, klub tərəfindən cəzalandırıldıqdan sonra isə Araz Özbilis dediklərini danaraq belə söz işlətmədiyini bildirmişdi.
Ümumiyyətlə Murat Yakının ermənilərin nüfuzunun böyük olduğu "Spartak"da əleyhdarları çoxdur. Klubun səhmdarlarından biri olar erməni əsilli Cevon Tseloyants da baş məşqçinin istefaya göndərilməsi və Dmitri Aleneçiven kluba dəvət edilməsini israr edir. Çeçenistan vətəndaşı olan Cevon Murat Yakının "Spartak"ın baş məşqçisi təyin olunmağının əleyhdarı olub.(ans press)