Ronaldonun yerə atdığı sarğısı HƏRRACA ÇIXARILDI

30-03-2021, 22:17           
Ronaldonun yerə atdığı sarğısı HƏRRACA ÇIXARILDI
Portuqaliya millisinin və Yuventusun ulduz futbolçusu Kriştianu Ronaldonun Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyununda yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

KONKRET.az “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, sarğı xeyriyyə məqsədi ilə satılacaq.

Ronaldo 2:2 hesablı heç-heçə ilə başa çatan matçda sarğını yerə tullayıb. 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli “davam” qərarı verib. Referinin qərarından qəzəblənən Ronaldo önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını meydana çırpıb.

Qeyd edək ki, Portuqaliya bu gün Lüksemburqun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. A qrupunun digər matçında Azərbaycan millisi Serbiyanı qəbul edəcək. Həmin görüşə isə saat 20:00-da start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru