İspaniya kubokunun qalibi bəlli oldu VİDEO

4-04-2021, 08:05           
İspaniya kubokunun qalibi bəlli oldu VİDEO
İspaniya kubokunun qalibi müəyyənləşib.

“Report” xəbər verir ki, Sevilya şəhərinin Olimpiya stadionunda baş tutan final oyununda “Real Sosyedad” klubu ilə “Atletik Bilbao” komandaları üz-üzə gəlib.

Oyunda yeganə qolu 11 metrlik cərimə zərbəsindən Mikel Oyarsabal vurub.

Bununla da, “Real Sosyedad” tarixində üçüncü dəfə İspaniya Kubokunun qalibi olub.

Xatırladaq ki, İspaniya kuboku uğrunda final görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Görüş 2020-ci ilin 18 aprel tarixində keçirilməli idi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru