“Liverpul” səfərdə “Arsenal”ı darmadağın etdi 4-04-2021, 08:06 Futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun növbəti qarşılaşması keçirilib.“Report” xəbər verir ki, “Arsenal” öz meydanında “Liverpul” komandasını qəbul edib.Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.Qarşılaşmada qolları Dioqo Jota (64 və 82-ci dəqiqələr) və Məhəmməd Salah (68-ci dəqiqə) vurublar.Bu nəticədən sonra xalını 49-a çatdıran “Liverpul” Premyer Liqada beşinci, “Arsenal” isə 42 xalla 9-cu yerdə qərarlaşıb. Facebook-da paylaş