Kilian Mbappe Çempionlar Liqası tarixində rekorda imza atdı

8-04-2021, 07:12           
Kilian Mbappe Çempionlar Liqası tarixində rekorda imza atdı
UEFA Çempionlar Liqasının 1/4 finalının birinci matçında Almaniyanın "Bavariya" komandası Fransa təmsilçisi "Pari Sen-Jermen"i qəbul edib.

“Report” xəbər verir ki, görüş Münhendə "Alyans Arena" stadionunda keçirilib və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolu isə Markinos vurub. “Bavariya”nın heyətində Erik Şupo-Motinq və Tomas Müller fərqlənib.

UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, “parislilər”in hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru