"Bavariya"nın məğlubiyyətsiz seriyası qırıldı

8-04-2021, 12:35           
"Bavariya"nın məğlubiyyətsiz seriyası qırıldı
"Bavariya"nın Çempionlar Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.

Press.az xəbər verir ki, Münhen təmsilçisi dünən ÇL-in 1/4 finalında PSJ-yə 2:3 hesabı ilə uduzub. Bu, məğlubiyyət komanda üçün turnirdə uzun müddətdən sonra ilk olub. "Bavariya" sonuncu dəfə ÇL-də 2019-cu ildə martın 13-ü "Liverpul"a qarşı keçirilən matçda (1:3) uduzmuşdu.

PSJ ilə görüşlə Mühnen klubu eyni zamanda 2019-cu ilin noyabrından sonra ilk dəfə doğma meydanda məğlub olub. Komanda son olaraq 2019/2020 mövsümündə Bundesliqanın 13-cü turunda "Bayer"ə (Leverkuzen) uduzmuşdu - 1:2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru