Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı

13-04-2021, 07:34           
Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı
Moskvadakı “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələn Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Vətənə qayıdıb.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 27 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Nəriman Abbasov çempion titulunu qorumaq üçün keçirdiyi döyüşdə Şamil Amirovu üçüncü raundda texniki nokautla məğlubiyyətə uğradıb. Bununla da Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci, ümumilikdə 29-cu sınağında 26-cı qələbəsi olub.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.