Makqreqor Puarye ilə döyüşdən imtina etdi – FOTO

13-04-2021, 07:23           
Makqreqor Puarye ilə döyüşdən imtina etdi – FOTO
Qarışıq döyüş ustası Konor Makqreqor həmkarı Dastin Puarye ilə qarşılaşmadan imtina edib.

İrlandiyalı MMA döyüşçüsü bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Makqreqor həmçinin amerikalının ünvanına təhqiredici ifadələr işlədib.

Qeyd edək ki, bir qədər əvvəl Puarye Makqreqoru yalançılıqda ittiham edib və onu söz verdiyi məbləği xeyriyyə fonduna köçürməməkdə günahlandırıb.

Xatırladaq ki, tərəflər arasındakı son qarşılaşma cari ilin yanvar ayında baş tutub. Döyüşdə Puarye 2014-cü ildəki məğlubiyyətinin əvəzini nokautla çıxıb. Cütlüyün növbəti döyüşü isə iyulun 10-da keçirilməli idi.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru