Rusiyalı azarkeşlərə İstanbulda təhlükəsizlik zəmanəti verilib

16-02-2016, 23:05           
Rusiyalı azarkeşlərə İstanbulda təhlükəsizlik zəmanəti verilib
Moskvanın Lokomotiv klubunun azarkeşlərinə Türkiyədə təhlükəsizlik zəmanəti verilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat TASS agenliyində yer alıb.
Rusiya klubunun azərkeşlərlə iş meneceri Serqey Qorelikov bildirib ki, Türkiyənin Fənərbaxça klubu ilə oyuna baxmağa gələn 60 nəfər rusiyalı, İstanbulda nəzarətə götürülüb.
Oyundan sonra da azarkeşlər polis nəzarətində hava limanına aparılacaqlar.
Qeyd edək ki, Fənərbaxça ilə Lokomotiv arasında oyun hazırda Şükrü Saracoğlu stadionunda keçirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.