"Fənərbaxça" rus "Lokomotiv"ini dayandırdı

17-02-2016, 00:11           

Çempionlar Liqasında olduğu kimi, Avropa Liqasında da fasilə başa çatır. Sport7.az xəbər verir ki, qitənin ikinci dərəcəli turnirinin 1/16 final mərhələsinə İstanbuda start veriləcək.

Maraqla gözlənilən qarşılaşmda "Fənərbaxça” doğma azarkeşləri önündə Rusiya "Lokomotiv”ini qəbul edəcək. İki ölkənin arasında siyasi soyuqluq da qarşılaşmaya maraq artıran amillərdəndi. UEFA da durumun ciddiliyini qəbul edib. Buna görə də qitənin ali futbol qurumu bu oyunu "Yüksək riskli qarşılaşma" kimi qiymətləndirib. Bu səbədən oyuna əlavə UEFA nümayəndəsi təyin olunub və ən xırda detallara belə nəzarətdə olacaq.

Yaşana biləcək hər hansı gözlənilməz hadisəni önləmək üçün klubun rəsmi saytından azarkeşlərə müraciət olunub. Həmin müraciətdə vurğulanır ki, 2012-2013-cü il mövsümündən bəri icrası təxirə salınmış qərar və sanksiyalar UEFA-nın nəzarətindədir. Fanatların törədəcəyi ən kiçik iğtişaş belə "Fənərbaxça"nın ciddi cəzalandırılmasın, hətta avrokuboklardan uzun müddətə uzaqlaşdırılmasına bəhana verə bilər. Klub rəhbərliyi azarkeşlərdən diqqətli olmağı, hər hansı bir təxriabata uymamağı xahiş edib. "Lokomotiv" klubuEyni zamanda, İstanbula gələn rus azarkeşlərə də ehtiyatlı olmaq, oyundan əvvəl şəhərdə "Lokomotiv" formalarıyla gəzməmək tövsiyyə olunub.


16 fevral
21:00. "Fənərbaxça” (Türkiyə) – "Lokomotiv” (Rusiya) 2:0

Qol: Souza (18, 72)
"Fənərbaxça”: 40. Fabiano, 4. Kyaer, 22. Bruno Alves, 77. Gökhan Gönül, 5. Mehmet Topal, 6. Souza, 8. Ozan Tufan, 20. Volkan Şen, 88. Caner Erkin, 11. Robin van Persi, 17. Nani

Ehtiyat oyunçular: 1. Volkan Demirel, 3. Hasan Ali Kaldırım, 19. Şener, 24. Kadleç, 15. Uyqar Zeybek, 26. Alper, 9. Fernandao

"Lokomotiv”: 1. Gilyerme, 5. Peyçineviç, 28. Duriça, 29. Denisov, 55. Yanbayev, 3. Kasaev, 4. Manuel Fernandes, 19. Səmədov (k), 23. Tarasov, 88. Ndinya, 32. Skuletiç
Ehtiyat oyunçular: 77. Koçenkov, 17. Mixalik, 18. Kolomeystev, 36. Barinov, 59. Mirançuk, 7. Maykon, 96. Jemaletdinov

Baş hakim: Martin Stromberqsson
Yan xətt hakimləri: Daniel Qustavson, Stefan Holberq
4-cü hakim: Maqnus Syöblom
Əlavə köməkçi hakimlər: Boyan Pandziç, Mohammed Al Hakim (hamısı İsveç)
İstanbul, "Şükrü Saraçoğlu” stadionu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.