UEFA İngiltərə klublarına Super Liqadan çıxış üçün külli miqdarda pul təklif edib

21-04-2021, 07:09           
UEFA İngiltərə klublarına Super Liqadan çıxış üçün külli miqdarda pul təklif edib
UEFA İngiltərə Premyer Liqası klublarına Avropa Super Liqasında çıxışdan imtina üçün külli miqdarda pul təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, UEFA tərəfindən maliyyə vədləri İngiltərə klublarının Super Liqadan çıxması üçün həlledici rol oynayıb. Bu halda, belə təklif İspaniya klublarına daxil olmayıb.

Daha əvvəl Avropa Super Liqasını İngiltərə Premyer Liqasının 6 komandasından 5-i tərk edib. İngiltərə Premyer Liqasının hələ ki yeni yarışdan rəsmən çıxdığını elan etməyən yeganə klubu London "Çelsi"sidir.

Xatırladaq ki, Avropa Super Liqası layihəsi özündə Avropanın 20 ən yaxşı klubu iştirak edəcəyi yeni liqanın yaradılmasını nəzərdə tuturdu. Superliqada iştirakı İtaliyanın "Milan", "Yuventus", İngiltərənin "Arsenal", “Liverpul”, “Çelsi”, "Mançester Siti", "Mançester Yunayted", "Tottenxem Hotspur", İspaniyanın "Atletiko" (Madrid), “Real Madrid”, "Barselona" kimi top-klublar təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru