İspaniya La Liqasında “Sportinq”ə qarşı matçda start heyətində meydana çıxan Lionel Messi daha bir tarixi nəticəyə imza atıb.
Apasport.az saytının məlumatına görə, argentinalı ulduz qarşılaşmada hesabı açaraq, həm də La Liqa karyerasındakı 300-cü qoluna imza atıb.
Oyunda ikinci qolun da müəllifi olan Leo ümumi qol sayını 301-ə çatdırıb. Son vaxtlar əla formada olan “Qızıl top”un 5 qat sahibi 2016-cı ildə meydana çıxdığı 12 oyunda 14 qola imza atıb.
Argentinalı oyunçu “Barselona” forması ilə ilk qolunu 1 may 2005-ci ildə “Albasete”nin qapısına vurmuşdu.
Qeyd edək ki, Messinin əsas rəqibi Ronaldo isə La Liqa karyerası boyu 246 dəfə fərqlənə bilib.