Əsrin döyüşü baş tutdu - VIDEO
3-05-2015, 12:00
Əslində İsveçrə səfəri yeni başlayanda ondan məktub aldım. “Biz tərəflərə gələcəksizmi?”, - deyə... Siz tərəf? Siz hardasız ki? Məlum oldu ki, ictimai sektorun gənc tanınmışlarından biri olan Türkel Rüstəmxanlı da Almaniyadadır. Viersen şəhərində. Özü də təkcə özü və ailəsi yox. Valideynləri, bacı-qardaşı da Almaniyadadır, onlardan bir qədər aralıda yaşayırlar. Necə deyərlər, Rüstəmxanlılar Almaniyada...
Musavat.com-dan: Reportajın qəhrəmanı olan ailənin başçısı Əlövsət Əliyev ölkəmizdə kifayət qədər tanınır. Lakin mümkündür ki, oxuculardan bəziləri onu tanıya bilməsinlər. Belələri üçün arayış olaraq yazırıq ki, soyadı fərqli olsa da, Ə. Əliyev VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.
****
Frankfurtdakı səfərimizi yekunlaşdırıb, gəlirik Kölnə, ordan da Viersenə. Gecə saat 2-ni göstərəndə çatırıq Rüstəmxanlının evinə. Yaşıllıqların içində, sakit bir küçədə, 3 nəfərlik bu ailənin qonağı oluruq.
Səhər açılır, evin şuluq qızı, yaş yarımlıq Esmanur oyanır öncə. Qonaq görür, Azərbaycan dilində danışıqlar eşidir, gözünün içi gülür. Hələlik bağçaya getmir. Ailə bağça növbəsi gözlədiyi üçün bu balaca da ərköyün ev qızı olub.