Bu gün UEFA Avropa Liqasının finalçıları müəyyənləşəcək

6-05-2021, 11:11           
Bu gün UEFA Avropa Liqasının finalçıları müəyyənləşəcək
Mayın 6-da futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşəcək.


İngiltərə klublarından “Arsenal” İspaniyada 1:2 hesabı ilə uduzduğu “Vilyarreal”ı Londonda qəbul edəcək. Meydan sahiblərinə mərhələ adlamaq üçün yalnız qələbə lazım olduğu halda, “Qarabağ”la eyni qrupda mübarizə aparmış qonaqları heç-heçə də qane edir. Oyundan əvvəl komandaların heyətində zədəli futbolçu yoxdur. Ancaq birinci görüşdə “Vilyarreal”ın qırmızı vərəqə alan yarımmüdafiəçisi Etyen Kapu cəzalı olduğu üçün oyunu buraxmalı olacaq.

Yarımfinalın digər oyununda isə “Mançester Yunayted” komandası İtaliyada “Roma”nın qonağı olacaq. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn “qırmızı şeytanlar” finala vəsiqənin taleyini demək olar ki, həll ediblər.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyni adlı stadionda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru