Futbolçu hakimin əlindən qırmızı kartı aldı və... - VİDEO

22-02-2016, 09:59           
Futbolçu hakimin əlindən qırmızı kartı aldı və... - VİDEO
Bu gün Türkiyə superliqasının 22-ci turu çərçivəsində derbi oyunu keçirilib. “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib və hesabda geridə olsa da, sonda 2:1 hesabı ilə qalib gələ bilib.

“Qafqazinfo”nun məlumatına görə, oyunda qeyri-adi hadisə baş verib. Belə ki, hakim Deniz Ateş Bitnel Cavandaya penalti qərarı təyin edib. Bu isə oyunçuların etirazına səbəb olub. Bu zaman futbolçu Salih Dursun hakimin əlindən qırmızı vərəqəni alaraq Bitnelə göstərib. Bu hərəkətinə cavab olaraq hakim də S. Dursuna qırmızı vərəqə göstərib.
[media=https://www.youtube.com/watch?v=UjO_PkOak3I]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.