Yozef Blatterlə Mişel Platininin cəza müddəti qısaldılıb
25-02-2016, 00:50
FİFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin apellyasiyaları təmin olunmayıb. "Report"un məlumatına görə, bu barədə FİFA Apellyasiya Komitəsi qərar verib. Lakin hər iki şəxsin futboldan kənarlaşdırılma müddəti 8 ildən 6 ilə endirilib. İndi onlar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəklər.
Qeyd edək ki, Yozef Blatterlə Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir.