“Qalatasaray” “Latsio” ilə bacarmadı

26-02-2016, 08:48           

Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

“Qalatasaray” ilk oyunda 1:1-lik bərabərə qaldığı “Latsio”nun qonağı olub.

Oyunda hesabı romalılar açıblar – 59-cu dəqiqədə Parolo fərqlənib. Cəmi 1 dəqiqə sonra Anderson fərqi artırıb. 62-ci dəqiqədə Türkiyə təmsilçisinin heyətində Öztəkin rəqib torunu silkələyib. Lakin 10 dəqiqə sonra Klozenin qolu sonuncu olub – 3:1.

Beləliklə, “Qalatasaray” turnirdə mübarizəni dayandırıb.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.