Futbolumuz niyə axsayır? - Baxış bucağı
28-02-2016, 18:03
Dünya futbol komandalarına nümumə olan Barselona komandasının prezidentinin məntiqli çıxışı çox təsirli idi. Belə ki. o deyirdi k:
Biz istedadlı, bacarıqlı futbolçularımızı yetişdirmək üçün kəndbəkənd gəzir, qabiliyyətli uşaqları vaxtında arayıb-axtarır, seçərək futbol məktəbinə gətiririk. Onları öz hesabımıza oxudur, əsil futbolçu kimi yetişdirmək üçün əlimizdən gələni edirik. Əgər bu vacib işi vaxtında görməsəydik, indi bizim büdcəmiş tamamilə boş olardı. Bacarıqlı futbolçunu xaricdən almaq 100 milyona başa gəlir. Baxın dünya səviyyəli şöhrət qazanmış Messi, Pedro, İniesto, Havi bizim vətənimiz Barselonanın futbol məktəbinin yetirmələridir.
Maraqlı budur ki, bizim də futbol məktəblərimiz var. Amma həmin məktəblərdə təhsil haqqı illik on min manatdır. Kəndlərdə futbola maraq göstərən elə bacarıqlı uşaqlarımız var ki, onlarla ciddi məşğul olunsa, gələcəyin ən şöhrətli futbolçuları ola bilərlər və büdcəyə milyonlarla pul gətirə bilərlər. İndi bu kasıb balaları hardan on min manat tapsın ki, məktəbə versinlər? Beləliklə də neçə-neçə uşağın arzusu ürəklərində elə arzu olaraq da qalır. Necə olur ki, karate, güləş və s. idman növləri üzrə dünya çempionlarımız yetişdirilir və bayrağımızı yüksəldir, amma futbol üzrə irəli gedə bilmirik?
Futbol sahəsində ki, bu acınacaqlı vəziyyət tezliklə öz həllini tapsa, çox yaxşı olardı.
Esmira ŞÜKÜROVA
teref.az