"Qalatasaray"ın baş məşqçisi istefa vermək qərarına gəlib

29-02-2016, 02:45           
"Qalatasaray"ın baş məşqçisi istefa vermək qərarına gəlib
Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Mustafa Dənizli istefa vermək qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis "Qaziantepspor"a səfərdə 0:2 hesabı ilə uduzduqları Super Liqanın XXIII tur matçından sonra "Lig TV"yə açıqlamasında bildirib.

O, 28 illik baş məşqçi karyerasının yara aldığını və heç vaxt bu qədər əziyyət çəkmədiyini söyləyib. M.Dənizli istefa qərarını hörmətsizlik kimi qəbul olunmaması üçün öncə klub prezidenti Barış Özbəklə müzakirə edəcəyini bildirib:

"Mənim sözlərimdən kim nə məna çıxarırsa, özü bilər. Klub prezidenti ilə oturub geniş toplantı keçirəcəyik. Onlarla bu vəzifəyə başlarkən, çox fərqli planlarımız vardı. Amma həyata keçirə bilmədik. Karyeramda yaşadığım böyük gözəlliklərin ardından, qoy, pis şeyləri də yaşamaq mənə nəsib olsun. Önəmli deyil. Mən öz içimdə bütün qərarları verdim. Rəhbərliklə də danışacağam".

Qeyd edək ki, 23 turdan sonra "Qalatasaray" 37 xalla 5-ci pillədə qərarlaşıb və lider "Beşiktaş"dan 14 xal geri qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.