Çempionlar Liqası: Mahir Emrelinin komandası Estoniyada cavab görüşünə çıxır

27-07-2021, 08:05           
Çempionlar Liqası: Mahir Emrelinin komandası Estoniyada cavab görüşünə çıxır
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 4 matç keçiriləcək.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Estoniyada “Flora”nın qonağı olacaq. İlk matçda Varşava təmsilçisi qələbə qazanıb - 2:1.

HİK Finlandiyada İsveçin "Malmö" komandasını sınağa çəkəcək. Helsinki klubu səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub. Məğlub komanda Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) cütünün uduzan tərəfi ilə görüşəcək.

Günün digər iki oyununda "Omoniya" Kiprdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu, "Jalgiris" isə Litvada Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

27 iyul

20:00. “Flora” (Estoniya) - “Legiya” (Polşa)

İlk oyun: 1:2.

20:00. HİK (Helsinki, Finlandiya) - "Malmö" (İsveç)

İlk oyun: 1:2.

20:00. "Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun: 0:2.

21:00. "Jalgiris" (Litva) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun: 0:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru