İtaliya ilə final oyununda ingiltərəli futbolçuları təhqir edən onlarla şəxs saxlanılıb

6-08-2021, 07:54           
İtaliya ilə final oyununda ingiltərəli futbolçuları təhqir edən onlarla şəxs saxlanılıb
İtaliya ilə final oyununda ingiltərəli futbolçuları təhqir edən onlarla şəxs saxlanılıb
Böyük Britaniyada polis AVRO-2020-nin finalında İngiltərə millisinin heyətində İtaliyaya qarşı meydanda olmuş qaradərili futbolçuları təhqir edən azarkeşlərin istintaqını davam etdirir.

“Sky Sports” xəbər verir ki, polis artıq sözügedən işlə əlaqədar 11 nəfəri həbs edib.

Qeyd olunur ki, sosial şəbəkələrdə İngiltərə millisinin üç qaradərili futbolçusu - Bukayo Saka, Markus Reşford və Ceydon Sançasa qarşı 207 təhqiredici mesaj yerləşdirilib.

Aparılan araşdırma zamanı məlum olub ki, irqi ayrı-seçkiliklə əlaqədar yazı yerləşdirən 123 səhifənin sahibi İngiltərədə yaşamır.

Futbolçulara ünvanlanan təhqiredici yazıların istintaqını aparan müstəntiq Mark Roberts bəyan edib ki, sosial şəbəkələrdəki səhifələrin arxasında gizlənənlərin axtarışı davam etdirilir və bu şəxslər bilməlidirlər ki, onlar cəzasız qalmayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru