ABŞ-də "Toyota" və "Lexus"un 15 modeli geri çağırılıb.
Auto.ru xəbər verir ki, 591 000 avtomobildə rəqəmsal alətlər panelinin qəfil nasazlığı aşkar edilib. Bu, sürücüləri vacib idarəetmə məlumatlarından məhrum edə bilər.
İstehsalçıya görə, elə hallar qəza riskini artırır.
Məlumata görə, displey ya mühərriki işə salarkən, ya da maşın sürərkən sıradan çıxa bilər. Dilerlər problemi əvvəlcə proqram təminatı yeniləməsi ilə həll etməyə çalışacaqlar. Əgər bu uğursuz olarsa, bütün panel dəyişdiriləcək.
Geri çağırılma "Toyota Crown", RAV4, "Camry", "Highlander", "4Runner" və "Tacoma", həmçinin "Lexus"un LS, RX və TX modellərinə aiddir. Bəzi avtomobillər 2024 və 2025-ci illərdə, digərləri isə 2023 və 2025-ci illərdə istehsal olunub.