Market alış-verişi zamanı büdcəmizə qənaət - Nəyə diqqət edək?
Bu gün, 15:58

Market alış-verişi edərkən aldığınız şeylərin bir çoxu, marketə girəndə ağlınızda belə olmur. Amma marketin içində gəzərkən gördüyünüz bir çox şeyi həmin anda ehtiyacınız olmasa belə “evdə olsun” deyə alırıq. Xüsusilə meyvə-tərəvəz məsələsi olanda bu məhsullar soyuducuda unudulur, xarab olur və zibilə atılır. Təbii ki, bu məhsullara verdiyiniz pul da zibilə getmiş olur.
Lakin bu vəziyyətdən xilas olmaq, daha şüurlu alış-veriş etmək üçün tətbiq edə biləcəyiniz bəzi taktikalar var.
Alış-verişdə sizə kömək edəcəyini düşünərək pula qənaət etməyin bir neçə yolunu təqdim edirik.:
Yalnız təzə meyvə-tərəvəz almaq
Mövsümündə sulu və dərmansız çiyələk yeməyin zövqünü az şey verə bilər. Təzə çiyələk yemək isə müəyyən maliyyətə malikdir. Mütləq təzə meyvə-tərəvəz almaq istəyirsinizsə, ala bilərsiniz, heç bir problem deyil. Amma büdcənizi düşünərək hərəkət etmək məcburiyyətindəsinizsə, daha çox dondurulmuş meyvə-tərəvəz ala bilərsiniz.
Təzə və dondurulmuş meyvə-tərəvəz arasında qidalanma, vitamin, zülal və s. baxımından heç bir fərq yoxdur. Alimlərin sözlərinə görə, vitaminlər və digər qida maddələri dondurulduqda yox olmur. Yəni dondurulmuş noxud, dondurulmuş çiyələk, dondurulmuş pomidor almaqla bağlı beyninizdə şübhə olmasın.
Ət alarkən seçim etmək
Ət alarkən qiymətləri iki dəfə yoxlamaqda fayda var. Məsələn, 1 kiloqram ət aldığınız zaman bu 1 kilo tamamilə ətdən ibarət olmayacaq. İçində yağ və sümük də olacaq. Buna görə də ət alarkən “sümük və yağ” kimi əlavə ünsürləri də nəzərə alaraq alış-veriş etməlisiniz.
Gözünüzün qarşısında olan məhsulıları almaq
Bu, marketlərin bir marketinq texnikasıdır. Gözünüzün gördüyü hündürlüyükdə ən bahalı məhsullar yerləşdirilir. Məsələn, eyni növdən 3 fərqli düyü markası var. Göz önünə qoyulan düyünün qiyməti 5X, aşağı rəflərdəki məhsulların qiyməti isə 4X olur. İnsanlar əyilməyə üşəndikləri üçün adətən göz təmasındakı, yəni daha bahalı olan məhsulu alırlar. Buna görə də növbəti alış-verişinizdə rəfdəki məhsulların yerləşiminə diqqət yetirin.
Yalnız müəyyən markalara fokuslanmayın
Yalnız müəyyən markaların məhsullarını almaq, alternativ markaları görməzdən gəlmək, həmişə eyni marketə getmək normaldan daha çox pul xərcləməyinizə səbəb ola bilərmi?
Bəli, ola bilər…
Bəzən fərqli marketlərə də baxmalı, internetdən və bukletlərdən qiymətləri müqayisə etməlisiniz. Beləliklə, ən uyğun məhsulu ala bilər, eyni məhsula 50 qəpik artıq ödəməmiş olarsınız. 50 qəpik əhəmiyyətsiz görünə bilər, amma 10 məhsul alsanız bu 5 manat edir. Ayda iki dəfə alış-veriş etsəniz 10 manat edir. İldə isə 120 manat edir. Niyə 120 manatı boşuna xərcləyəsiniz ki?
Toyuğun fərqli hissələrini daha baha almaq
Toyuq filesi əla bir zülal mənbəyidir, amma dadından güzəştə getmədən eyni zülalı toyuq budundan da almaq mümkündür. Budun filesidən daha ucuz olduğunu düşünsək, növbəti alış-verişinizdə bu ipucunu tətbiq edə, qənaət edə bilərsiniz.
Siyahı hazırlamamaq
Marketdə gəzərkən diqqətinizi çəkən, qablaşdırmasını bəyəndiyiniz şeyləri ehtiyacınız olmasa da ala bilərsiniz. Bu səhvi zaman-zaman hamımız edirik. Amma marketə gedərkən mütləq əlinizdə və ya telefonunuzda siyahınız olmalı və bu siyahıdan çıxmamalısınız. Yəni süd, pomidor və qabartma tozu almaq üçün getdiyiniz marketdən sizə lazım olmayan və büdcənizi aşacaq alaraq çıxa bilərsiniz.
Yanlış vaxtda alış-veriş etmək
Yorğun, əsəbi, ac, kədərli olduğunuz zaman alış-veriş etməməyə diqqət edin. Beyninizin və bədəninizin daha gümrah olduğu saatlarda alış-veriş etsəniz, yağlı yeməklərə daha az maraq göstərər, siyahınıza daha sadiq qalar¬sınız.
Kədərli olanda canınız ehtiyacdan çox şokolad, kola kimi şeylər istəyər. Bu məhsulları məqbul miqdarda istehlak etmək olar, amma kədərli olanda cips, kola, şokolad kimi şeylərə qarşı durmaq təəssüf ki, mümkün olmaya bilər.
Ac ikən alış-veriş etmək
Bir əvvəlki maddədə qeyd etdiyimiz kimi, hər kəsin bildiyi, amma bəzən unutduğu bir səhv var, ac ikən alış-veriş etmək. Boş qarınla marketdə gəzərkən gözünüzün gördüyü hər şeyi canınız çəkir və bir çox lazımsız şey alırıq. Məsələn, evdə ketçup varkən gedib bir də barbekü sousu alırıq. Evdə çörək varkən gedib bir də baqet çörək alırıq. Bu cür səhvləri etməmək və büdcənizi sarsmamaq üçün yemək yedikdən sonra alış-verişə getməyinizi məsləhət görürük.
Çox tez-tez alış-veriş etmək
Həftədə bir dəfə alış-veriş ideal sayılır. Həftədə 2-3 dəfə marketə gedirsinizsə, lazımsız xərcləmə ehtimalınız yüksəkdir. Bazar günlərini alış-veriş günü sayarsaq, 6 gün yetecek qədər ərzaq almalı, həftədə nə qədər yemək yediyinizi, nə qədər məhsula ehtiyacınız olduğunu öncədən planlamalısınız.
Sakit musiqi dinləmək
Araşdırmalar göstərir ki, sakit musiqi çalan mağazalarda istehlakçılar daha yavaş hərəkət edir və daha çox vaxt keçirirlər. Həzin tonlarda musiq çalan bir mağazada siz də rahatlayar və yavaş hərəkət edərsiniz. Yavaş hərəkət etmək də daha çox (və lazımsız) şey almanıza səbəb ola bilər. Buna görə də öz musiqinizi dinləməli, mümkün olsa hərəkətli mahnılar seçməlisiniz.
Böyük səbət götürmək
Səbətiniz büdcənizdən böyükdürsə, kiçik səbət almalısınız. Araşdırmalar göstərir ki, böyük səbətlə gəzən insanlar daha çox şey almağa meylli olurlar. Çünki səbət böyük olanda son anda ağla gələn məhsulları ora yerləşdirmək mümkün olur. Həm də “Böyük səbət aldım, iki şeymi alım? Kassir gülər vallah.” kimi düşüncə yarana bilər.
Yuvarlaqlaşdırılmış rəqəmlər görmək
5.95 və ya 11.99 kimi qiymətlər gördükdə bu qiymətlərin sizi daha rahat almağa təşviq etmək üçün yaradıldığını bilməlisiniz. Bu, marketlərin sıxlıqla istifadə etdiyi qiymət strategiyasıdır. Bunun fərqinə varmasanız, ucuz aldığınızı düşündüyünüz məhsulların ümumi məbləğini eşidəndə təəccüblənməyiniz qaçınılmazdır.