Rusiya çempionatında futbolçu oyun zamanı huşunu itirdi - VİDEO

8-08-2021, 01:49           
Rusiya çempionatında futbolçu oyun zamanı huşunu itirdi - VİDEO
Futbol üzrə Rusiya Premyer Liqasında “Spartak”-“Nijni Novqorod” oyununda qonaqların futbolçusu İvan Miladinoviç hava mübarizəsində rəqib oyunçu ilə toqquşaraq huşunu itirib.

“Championat” xəbər verir ki, dərhal hər iki komandanın tibb işçiləri futbolçuya kömək etmək məqsədi ilə meydançaya daxil olublar.

Futbolçunu huşunu geri qaytarmaq mümkün olsa da, o, meydançadan birbaşa xəstəxanaya aparılıb.

İlkin məlumata görə, müdafiəçinin beyni sirkələnib.

Onun hərtərəfli müayinədən keçəcəyi bildirilib. Qeyd edək ki, oyun “Nijni Novqorod”un “Spartak” üzərində 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru