KİV: "Barselona" Lionel Messiyə yeni təklif irəli sürüb

10-08-2021, 09:48           
KİV: "Barselona" Lionel Messiyə yeni təklif irəli sürüb
İspaniyanın "Barselona" futbol klubu son dəfə Argentina yığmasının hücumçusu Lionel Messi ilə müqaviləni imzalamaq cəhdinə təşəbbüs göstərib.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri “La Porteria”ya istinadən məlumat yayıb.

Məlumata görə, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmır.

Avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib. Bu İspaniya La Liqasının reqlamentininin maliyyə və struktur maneələri ilə bağlıdır. Bildirilir ki, argentinalı Fransanın "Pari Sen-Jermen” klubuna" keçidə yaxındır.

Messi 2005-ci ildən "Barselona"nın əsas heyətində çıxış edirdi. Onun Katalon klubu ilə müqaviləsi iyunun sonunda başa çatıb. Ötən mövsümdə 34 yaşlı hücumçu İspaniya Primerasında 35 matç keçirib, 30 qol (üçü penaltidən) vurub və 9 məhsuldar ötürmə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru