Tarixin 100 ən yaxşı futbolçusunun adı açıqlandı – SİYAHI
5-03-2016, 21:00
empionlar Liqası tarixinin ən yaxşı 100 futbolçusunun adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, Fransanın məşhur L'Equipe nəşri Çempionlar Liqası (Çempionlar Kuboku) tarixinin ən yaxşı oyunçularının reytinqini hazırlayıb.
Çempionlar Liqası tarixinin ən yaxşı futbolçusu “Real Madrid” klubunun əfsanəsi Alfredo Di Stefano seçilib. 2-ci pillədə daha bir “Kral” klubunun təmsilçisi Fransisko Hento qərarlaşıb. İlk üçlükdə isə İtaliya futbolunun əfsanəvi müdafiəçisi Paolo Maldinidir. İlk beşlikdə “Barselona” klubunun hücumçusu Lionel Messi və “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldonun adı da var. Siyahıda sonuncu yerdə "Yuventus" klubunun qocaman ulduz qapıçısı Canluici Buffondur. 70-ci yerdə isə "Real Madrid"in hazırda baş məşqçisi Zinəddin Zidan qərarlaşıb.
İlk 20-lik
1. Alfredo Di Stefano
2. Fransisko Hento
3. Paolo Maldini
4. Lionel Messi
5. Kriştiano Ronaldo
6. Fil Nil
7. Ferens Puşkaş
8. Ektor Rial
9. Herd Müller
10. Raul Qonzales
11. Alessandro Kostakurta
12. Eysebio
13. Klarens Zeedorf
14. Yohan Kroyff
15. Xavi Hernandes
16. İker Kasilyas
17. Andres İnyesta
18. Xose Mariya Zarraqa
19. Fernando Moryentes
20. Edvin van der Sar