Çempionlar Liqası: “Barsa”nın revanş arzusu puç oldu - VİDEO

15-09-2021, 07:20           
Çempionlar Liqası:
Bu gün startı verilən UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsində digər altı qarşılaşma da başa çatıb.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.

Ronaldulu “Mançester Yunayted”in məğlubiyyətilə başlayan gecənin ən çox gözlənilən qarşılaşması E qrupunda baş tutub. “Barselona” Almaniya çempionu “Bayern”i qəbul edib.

Ənənəvi performanslarından uzaq olan katalonlar “alman maşını” ilə bacara bilməyərək, yenidən doğma divarlar arasında məğlub olub – 0:3.

Xatırladaq ki, bu iki komanda 2019/20-ci il mövsümünün 1/4 final mərhələsində qarşılaşıb. Kataloniyada keçirilən görüşdə Münhen klubu meydan sahiblərini öz azarkeşləri önündə rüsvayçı hesabla məğlub edib – 8:2.

Qeyd edək ki, ilk turun digər 8 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

“Barselona” (İspaniya) – “Bayern” (Almaniya) 0:3


“Dinamo” (Ukrayna) – “Benfika” (Portuqaliya) 0:0

F qrupu

“Vilyareal” (İspaniya) – “Atalanta” (İtaliya) 2:2


G qrupu

“Lill” (Fransa) – “Volfsburq” (Almaniya) 0:0

H qrupu

“Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya) 1:0


“Malmö” (İsveç) – “Yuventus” (İtaliya) 0:3

oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru