Azərbaycanda dünya çempionu həbs edildi – FOTO

15-09-2021, 19:47           
Azərbaycanda dünya çempionu həbs edildi – FOTO
Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.
Teref.az apa-ya istinadən xəbər verir ki, X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X.Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.
X.Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru