Çempionlar Liqası: “Beşiktaş” öz meydanında məğlub oldu

15-09-2021, 23:06           
Çempionlar Liqası:
Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun növbəti oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya Dortmund” komandasını qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində Djud Bellinqhen və Erlinq Holanda, meydan sahiblərinin isə Fransisko Montero fərqləniblər.

Bu qrupun digər görüşündə Niderland təmsilçisi "Ayaks" Portuqaliyada "Sportinq"in qonağı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Gecənin digər erkən başlayan görüşündə Moldovanın “Şerif” klubu öz meydanında Ukraynanın “Şaxtyor Donetsk” komandasını iki cavabsız qolla məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru