Şahmat üzrə dünya çempionu “Netflix”dən 5 milyon dollar təzminat tələb edir

17-09-2021, 11:09           
Şahmat üzrə dünya çempionu “Netflix”dən 5 milyon dollar təzminat tələb edir
Şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvili “Netflix” onlayn kinoteatra qarşı ABŞ-ın Los-Anceles Federal Məhkəməsində iddia qaldırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edib.

Belə ki, serialın son seriyasında N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və bu, həqiqətə uyğun deyil.

Ekran əsərində həmçinin gürcü qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

N.Qaprindaşvili “Netflix”dən 5 milyon ABŞ dolları təzminat və serialdan onunla bağlı yanlış məlumatların silinməsini tələb edir.

Qeyd edək ki, N.Qaprindaşvili kişilər arasında beynəlxalq qrossmeyster adına layiq görülmüş ilk qadın şahmatçıdır. O, karyerasında ən azı 59 kişi şahmatçı ilə oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru