“Mançester Yunayted”in aparıcı müdafiəçisi sıradan çıxıb

13-10-2021, 00:11           
“Mançester Yunayted”in aparıcı müdafiəçisi sıradan çıxıb
İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Rafael Varanın durumuna aydınlıq gəlib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəldiyi UEFA Millətlər Liqasının final mərhələsinin həlledici oyununda qasıq nahiyyəsindən zədələnən 28 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Rafael Varan cari mövsüm “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasında 5 oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru