Ofsayd qaydalarında dəyişiklik olacaq

15-10-2021, 18:27           
Ofsayd qaydalarında dəyişiklik olacaq
Millətlər Liqasının finalında Fransa yığmasının hücumçusu Kilian Mbappenin İspaniyanın qapısından keçirdiyi mübahisəli qola UEFA münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər evrri ki, qurumun Hakimlər Komitəsinin sədri Roberto Rosetti dünya futbol ictimaiyyətindən fərqli, həmin qələbə topunun ofsayddan vurulmadığını düşünür.

İtaliyalı sabiq referi əlavə edib ki, epizodun mübahisələrə səbəb olması onları ofsayd qaydalarına yenidən baxmağı vadar edib: "Baş hakim Entoni Teylor mövcud qaydaya əsasən doğru qərar verdi. Müdafiəçi ötürmədən sonra topa qəsdən müdaxilə etdi. Ancaq bu epizod bizə göstərdi ki, ofsayd qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. FİFA və İFAB-dan olan həmkarlarımla artıq əlaqə saxlamışam və növbəti iclasda mümkün həll yolları müzakirə olunacaq".

Qeyd edək ki, finalda İspaniya üzərində 2:1 hesablı qələbə qazanan Fransa yığması Millətlər Liqasının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru