Keniyalı dünya rekordçusunun qətlində ittiham olunan şəxs ölkədən qaçarkən saxlanılıb

16-10-2021, 10:15           
Keniyalı dünya rekordçusunun qətlində ittiham olunan şəxs ölkədən qaçarkən saxlanılıb
Keniyalı atlet Aqnes Tiropun ölümündə şübhəli bilinən həyat yoldaşı İbrahim Kipkemoi Rotiç ölkədən qaçmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Keniya polisi məlumat yayıb.

O, məişət münaqişəsi zəminində dünya rekordçusu idmançının qətlində ittiham edilib.

Qeyd edək ki, atlet qarın və boyun nahiyəsində bıçaq zərbələrilə evində ölü tapılıb.

Onun bir müddət öncə əri ilə ayrılaraq, valideynlərinin evində yaşadığı, daim həyat yoldaşı tərəfindən təhdid edildiyi bildirilib.

Xatırladaq ki, Tirop qadınlar arasında 10 min metr məsafəyə qaçış üzrə dünya rekorduna sahibdir.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru