"Formula 1": ABŞ Qran-prisinin qalibi müəyyənləşib

25-10-2021, 08:04           
"Formula 1": ABŞ Qran-prisinin qalibi müəyyənləşib
Ostin avtodromunda "Formula 1" üzrə ABŞ Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. Ona kuboku əfsanəvi basketbolçu Şakil O Nil buynuzlu avtomobillə gətirib.


"Mercedes" sürücüsü Lüis Hemilton ikinci, "Red Bull"un digər üzvü Serxio Peres üçüncü yeri tutub.

Bununla da Ferstappen 287,5 xalla ümumi sıralamada liderliyini möhkəmlədib. Hemilton 275,5 xalla ikinci, onun komanda yoldaşı Valtteri Bottas 185 xalla üçüncüdür. Konstruktorlar Kubokunda "Mercedes" 460,5 xalla liderdir. Sonrakı sıralarda 437,5 xalla "Red Bull" və 254 xalla "Maklaren" qərarlaşıb.

Növbəti Qran-pri 5 - 7 noyabrda Meksikada keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru