Konte “Mançester Yunayted”ə rəhbərlik etməyə hazırdır

26-10-2021, 08:35           
Konte “Mançester Yunayted”ə rəhbərlik etməyə hazırdır
İtaliyalı mütəxəssis Antonio Konte norveçli Ule-Qunnar Sulşer istefa verəcəyi təqdirdə İngiltərənin “Mançester Yunayted” futbol klubuna rəhbərlik etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”un jurnalisti Nikolo Şira məlumat verib.

Onun sözlərinə görə, Konte komandaya rəhbərlik etməyə razılaşıb və 3 illik müqavilə istəyib. İtaliyalı “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəddir.

Oktyabrın 24-də İngiltərə çempionatının 9-cu turu çərçivəsində “Mançester Yunayted” evdə “Liverpul”a beş cavabsız qolla uduzub. Bu 1925-ci ildən bəri ən böyük məğlubiyyət idi. “Mançester Yunayted” Premyer Liqada ardıcıl dörd oyundur qalib gələ bilmir.

Hazırda Mançester klubu doqquz oyunda 14 xal toplayaraq ölkə çempionatının cədvəlində yeddinci yerdədir. Lider "Çelsi" ilə fərq 8 xaldır. Çempionlar Liqasında “Mançester Yunayted” üç oyundan sonra 6 xalla F qrupuna başçılıq edir. İkinci yerdə İspaniyanın “Vilyarreal”, üçüncü İtaliyanın “Atalanta”, dördüncü yerdə isə İsveçrənin “Yanq Boyz” futbol klubu qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru