Dövlət televiziyasında qalmaqal: Aparıcı aranı qatdı

28-10-2021, 15:52           
Dövlət televiziyasında qalmaqal:
İspaniyanın dövlət kanalı RTVE-nin müxbiri Lorena Qonzales qalmaqaldan dərhal sonra işdən çıxarılıb.

İspaniyanın dövlət radio və televiziya agentliyi RTVE-nin müxbiri Lorena Qonzalesin "Real Madrid"in yeni transferi Eduardo Kamavinqanın təqdimat mərasimində səsləndirdiyi irqçi ifadələr ölkəni şoka salıb.

Kamavinqanın imza mərasiminə ictimai kanal adından gedən Lorena Qonzales mikrofonun bağlı olduğunu düşünərək "Bu oğlan kostyumdan da qaradır" deyib. Bu irqçi şərh təsadüfən RTVE-nin canlı yayımında eşidilib. Bu hadisədən sonra RTVE və Lorena Qonzalesə qarşı etirazlar başlayıb.

RTVE-dən verilən açıqlamada, "RTVE Camavingadan üzr istəyir və bu təhqiramiz şərhləri dərindən təəssüf edir və pisləyir. Biz ən sərt şəkildə lazımi tədbirləri görəcəyik", - sözləri deyilib.

Lorena Qonzalez sosial media hesabında "Səmimiyyətlə üzr istəyirəm. Sözügedən şərh idmançıya qarşı pis niyyət və düşüncədən uzaqdır. Mən həmin an mikrofonların söndürüldüyünü düşünürdüm", - sözlərini yazıb.//Lent.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.