Güney azərbaycanlı, yeddiqat dünya çempionu küçədə siqaret satır – FOTO

29-10-2021, 13:25           
Güney azərbaycanlı, yeddiqat dünya çempionu küçədə siqaret satır – FOTO
Dünya səviyyəli idmançı, yüngül atletka üzrə yeddiqat dünya və Asiya çempionu Səccad Pirayqırçəmən mətbuata müsahibəsində on ildir işsiz olduğunu və bu müddətdə məsul şəxslərin onu iş vədləri ilə aldatdığını deyib.

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Təbriz şəhərinin “Sarı zəmi” məhəlləsində ata evində yaşayan, 28 yaşlı eşitmə əngəlli Pirayqırçəmən hazırda səyyar siqaret satıcılığı iıə məşğuldur.

O, iki ay əvvəl eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb.

“10 ildir iş vədi ilə məni süründürürlər. Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktublar nəticəsiz qalıb. Nə ev, nə maşın və nə də başqa bir umacağım yoxdur. Sadəcə işlə təmin olunmaq istəyirəm. Eşitmə əngəlli atamdan məşqlər üçün pul almaqdan utanıram”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru