PSJ-dən əzmkar qələbə - VİDEO

30-10-2021, 08:07           
PSJ-dən əzmkar qələbə - VİDEO
Fransa Liqa 1-də XII turun açılış oyunu PSJ və “Lill” komandaları arasında keçirilib.

Parisdəki “Park de Prens” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 31-ci dəqiqədə qonaq komandadan Conatan Devid açıb. O, türkiyəli hücumçu Burak Yılmazın ötürməsini qola çevirib.

Fasilədən sonra PSJ argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın sayəsində dönüş etməyi bacarıb. 78-ci dəqiqədə Markinyosun fərqlənməsinə şərait yaradan Di Mariya 88-ci dəqiqədə Neymarın ötürməsindən sonra qələbə topunu vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru