Əfsanə "Barselona"ya qayıdır

31-10-2021, 07:42           
Əfsanə "Barselona"ya qayıdır
Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur.
Xavi Ernandes noyabrın 3-də, yaxud da 4-də "Barselona"nın baş məşqçisi elan ediləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə AS qəzeti yazır. Məlumata görə, həmin vaxtadək Xavi 2019-cu ildən bəri rəhbərlik etdiyi "Əl-Sədd" klubunda işlərini davam edəcək, sonra isə bütün diqqətini Kataloniya komandasına yönəldəcək.
Qətər klubu "Barselona"dan məşqçiyə görə əvəz pulu tələb etməyəcək, əvəzində yaxın iki il ərzində İspaniyanın bu adlı-sanlı komandası ilə yoldaşlıq oyunu keçirmək niyyətindədir.
Xavinin "Əl-Sədd" klubunda məşqçiliyi Qətər çempionatının qızıl medallarını qazanması ilə nəticələnib.
Oktyabrın 28-də "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yolları ayırdığını elan edib. 2020-ci ilin avqustunda komandaya gələn Kuman "Barsa" ilə yalnız İspaniya kubokunu qazanıb və La Liqanın üçüncüsü olub.
Hazırda "Barselona" 10 oyundan 15 xal toplayaraq çempionat sıralamasında doqquzuncu yeri tutur. Oktyabrın 27-də komanda 2002-ci ildən bəri ilk dəfə "Rayo Valyekano"ya uduzub (0:1).
Ronald Kumanın komandanı vaxtından əvvəl tərk etdiyinə görə "Barselona"dan 12 milyon avro təzminat alacağı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru