Makqreqor möhtəşəm geridonüş vəd edir...

1-11-2021, 00:04           
Makqreqor möhtəşəm geridonüş vəd edir...
Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində çempionu oaln irlandiyalı Konor Makqreqorun ayağı sınıqdan sağalıb.

Makqreqor bu barədə “Instagram” hesabında paylaşım edib.

“Əməliyyatdan sonra mənə çox kömək etdikləri üçün həkimlərimə və komandama təşəkkür edirəm. Görüləsi işlər var, amma işi bacardığım üçün tanınıram. İdman tarixindəki ən böyük geri dönüşə hazırlaşın”, – Makqreqor elan edib.

Xatırladaq ki, bu il iyulun 11-də keçirilən sonuncu döyüş zamanı Konor Makqreqor ayağını sındırıb və hazırda zədəsini sağaldır.

O, karyerası dövründə 22 dəfə qələbə qazanıb və altı dəfə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru